Meksikanın Xalisko əyalətində evdə araşdırma apararkən əldəqayırma bombanın partlaması nəticəsində 4 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ədliyyə və polis qrupları Tlajomulko qəsəbəsində bir evdə araşdırma apararkən əl istehsalı bomba partlayıb.
Partlayış nəticəsində 4 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Ştat qubernatoru Enrike Alfaro verdiyi açıqlamada hücumu törədənlərin məsuliyyətə cəlb ediləcəyini ifadə edib: “İstintaq zamanı partlayış oldu, 3 prokuror və 1 polis həyatını itirdi, 10 nəfər yaralandı. Bu hücumda partlayış baş verdi. Mütəşəkkil cinayətkar qrupların nəyə qadir olduğunu göstərmək üçün xain cəhddir”.
Hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığı bildirilib.
Meksikanın Xalisko əyaləti narkotik dəstələrinin güclü olduğu və münaqişə xəbərlərinin tez-tez yayıldığı yer kimi tanınır.