Həftə sonu Meksikanın Xuarez şəhərində müxtəlif nöqtələrdə törədilən silahlı hücumlarda 18 nəfərin öldüyü bildirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, şəhərin Nənə və Proletaria küçələrində 14 nəfərin, mikroavtobus və pikapda isə 4 nəfərin cəsədi tapılıb.
Həftə sonu 18 nəfər həyatını itirsə də, zorakılığın daha da artacağından qorxurlar.
Hadisələrin bir-birinə rəqib şəbəkələr arasında yaşanan çəkişmədən qaynaqlandığını qiymətləndirən polis qrupları əməliyyatlarını artırıb.
Təhlükəsizlik qüvvələrinin öldürülənlərdən bəzilərinin əlləri və gözləri bağlı vəziyyətdə tapdığı qeyd edilib.
Ölkədə zorakılığın ən çox baş verdiyi şəhərlərdən biri olan Xuarez narkotik kartellərinin hakimiyyət mübarizəsinə səhnədir.