Meksikada meşə yanğınları davam edirbackend

Meksikada meşə yanğınları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Çihuahua əyalətində başlayan meşə yanğınları 7 min 451 hektar sahədə fəsadlar törədib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanğınlar azalsa da, tam nəzarət altına almaq mümkün olmayıb. Ölkədə son istilər nəticəsində 37 nəfər ölüb.

Milli Meşə Komissiyası (Conafor) 9 fərqli nöqtədə meşə yanğınlarının başladığını və yanğınları söndürmək üçün 288 məmurun dayanmadan çalışdığını açıqlayıb.

Conafor alovların 7 min 451 hektar sahədə təsirli olduğunu və bu günə qədər aparılan işlər ilə bəzi bölgələrdə yanğının yarıya qədər azaldığını ifadə edib.

Yanğınlar azalsa da, tam söndürülməyib.

Digər tərəfdən, Meksikanın Hidalqo və Verakruz əyalətlərində bir müddət əvvəl başlayan yanğınlar azalsa da, hələ də tam nəzarət altına alınmayıb.

Bölgədə helikopter və yanğınsöndürən təyyarələrin işi davam edir.

Conafor bu ştatlarda meşə yanğınları nəticəsində 40 min hektardan çox ərazinin zərər gördüyünü bildirib.

Meksikada xüsusilə həddindən artıq istilərin təsiri ilə hər il minlərlə hektar meşə sahəsi yanır.

Ölkədə son istilər nəticəsində 37 nəfər ölüb.