Meksikanın qərbində atmosferə daxil olan meteorit gecəni gündüzə çevirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikada atmosferə girən meteorit Miçoakan, Kolima və Xalisko ştatlarında gecəni gündüzə çevirib. Adi gözlə görünən meteorit camaatda panika yaradıb.
Miçoakan əyalətinin qubernatoru Alfredo Ramirez Bedolla Kolima Universitetinin alimlərinin səmada görünən parlaq uçan cismin meteorit olduğunu müəyyən etdiklərini bildirib.
Meteoritin atmosferə girdikdən sonra alov topuna çevrildiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən anbaan lentə alınıb.






