Meksikada oğurlanan 113 miqrant xilas edilibbackend

Meksikada oğurlanan 113 miqrant xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Sonora əyalətində oğurlanaraq zorla evə qapanan 113 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, bir hesabatı qiymətləndirən polis qrupları, San Luis Rio Kolorado əyalətində immiqrantların zorla saxlanıldığı evə basqın edib.

Polis qrupları 113 immiqrantı sağ xilas edə bilib.

Səlahiyyətlilər xilas edilənlərin Kolumbiya, Braziliya, Dominikan Respublikası, Kuba, El Salvador, Ekvador, Honduras, Hindistan, Nepal və Əfqanıstan vətəndaşları olduğunu və Milli Miqrasiya İnstitutuna təhvil veriləcəyini bildirib.

Əməliyyat çərçivəsində insan qaçaqmalçısı olduğu bildirilən 5 nəfərin də saxlanıldığı bildirilib.

Meksikadakı bir çox mühacir daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsələr də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçirlər.

Mərkəzi Amerika ölkələrindən çoxlu mühacir Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.