Meksikada Popocatepetl vulkanının aktivləşməsindən sonra bəzi uçuşlar ləğv edilibbackend

Meksikada Popocatepetl vulkanının aktivləşməsindən sonra bəzi uçuşlar ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada Popocatepetl vulkanının aktivləşməsindən sonra bəzi aviaşirkət şirkətləri uçuşları təxirə salmalı olub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

CNN-in məlumatına görə, Meksikanın Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi, Popocatepetl vulkanının 77 dəfə kül püskürməsindən sonra lazımi tədbirlərin görülməsi üçün “ikinci səviyyə” həyəcan siqnalı verildiyini bildirib.

Duman və kül səbəbiylə bəzi aviaşirkətlər paytaxt Mexikodakı Benito Xuarez Beynəlxalq Hava Limanında uçuşları təxirə salıb.

Milli Mülki Mühafizə Koordinasiya Ofisindən verilən açıqlamada vulkandan yağan tüstü və külün hələlik bölgəyə yaxın şəhərlərin sakinləri üçün heç bir risk olmadığı, lakin vulkan fəaliyyətlərinin yaxından izlənəcəyi qeyd edilib.