Meksikada qədim şəhərin qalıqları tapılıbbackend

Meksikada qədim şəhərin qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada arxeoloqlar ölkənin cənub-şərqindəki Yukatan yarımadasındakı cəngəllikdə kəşf etdikləri qədim Maya şəhərində hündürlüyü 15 metrdən çox olan keramika qalıqları və piramidaya bənzər strukturlar tapıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Arxeoloq İvan Sprajcın rəhbərlik etdiyi qrup Yucatan yarımadasındakı Kampeçe əyalətindəki Balamku qoruq ərazisində işləyərkən qalıqlarla rastlaşıb.

Meksika Milli Antropologiya və Tarix İnstitutu (INAH) açıqlamasında bildirib ki, qədim şəhərdəki tapıntılar Maya izlərini sənədləşdirmək üçün sahə işləri zamanı rast gəlinib.

Tapılan daş sütunlara əsaslanaraq qazıntı sahəsini mayya dilində “Ocomtun” (daş sütun) adlandırdıqlarını izah edən arxeoloqlar ərazidə eramızdan əvvəl 600-800-cü illər arasında insanların yaşadığını qeyd ediblər.

Bölgədə hündürlüyü 15 metri aşan piramidaya bənzər strukturlar və silindrik daş sütunlar tapdıqlarını ifadə edən Sprajc, qəsəbənin o dövrdə bölgə üçün əhəmiyyətli bir mərkəz ola biləcəyi ehtimalına diqqət çəkdiklərini ifadə edib.

Eramızdan əvvəl 400-cü illərdə böyüməyə və inkişaf etməyə başlayan və eramızdan əvvəl 600-cü ildə yüksəlişə başlayan sivilizasiya, eramızın 250-900-cü illərdə qızıl dövrünü yaşamış və İspan işğalı ilə sona çatıb.

Maya şəhərlərində aparılan araşdırmalar göstərir ki, Mayyalılar astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə çox yüksək səviyyəyə çatıblar.