Meksikada sərnişin avtobusu aşıb: 8 nəfər ölübbackend

Meksikada sərnişin avtobusu aşıb: 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Zakatekas əyalətində sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 33 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzada 8 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 33 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Səlahiyyətlilər avtobusun ABŞ-ın Texas ştatından gəldiyini bildiriblər.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.