Meksikanın şimalında yolsuzluq yarışlarının keçirildiyi əraziyə silahlı hücum nəticəsində 10 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aşağı Kaliforniya ştatının Ensenada şəhərində yolsuzluq yarışlarının keçirildiyi ərazidə silahlı hücum həyata keçirilib.
Əraziyə mikroavtobusla gələn silahlılar təsadüfi atəş açıb, 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə sövq edilən sağlamlıq qrupları yaralılara müdaxilə edib, polis ərazini mühasirəyə alıb.






