Meksikada silahlı hücum nəticəsində 5 nəfər ölübbackend

Meksikada silahlı hücum nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın cənub-qərbində yerləşən Qerrero ştatının Akapulko şəhərində silahlı hücum nəticəsində 5 nəfər ölüb.

Bu barədə regionun prokurorluğu tviterdə məlumat yayıb.

Bildirilib ki, Akapulko şəhərinin Qranhes de-Markes rayonunda 5 şəxsin odlu silahlı öldürülməsi ilə bağlı istintaq başlanılıb. Ölənlərin kimliyi və qətlin mümkün motivləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Sakit okeanın sahilində yerləşən, məşhur kurort şəhər olan Akapulko son illərdə dünyanın 50 ən təhlükəli şəhər reytinqində ilk sırada yer alır.

Rəsmi məlumatlara görə, Qerrero ştatında dekabrın 2-dən 4-dək cinayətkarlar 10 nəfəri öldürüb. 2021-ci ildə Meksikada 33,3 min qəsdən adam öldürmə faktı qeydə alınıb.