Meksikada silahlı şəxslər 45 nəfəri qaçırıbbackend

Meksikada silahlı şəxslər 45 nəfəri qaçırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Çiapas ştatında silahlı qruplaşma tərəfindən 45 nəfər qaçırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Altamirano-Chanal şəhərində avtomobilləri magistral yolda saxlanılan Ejido icmasının üzvləri naməlum silahlı şəxslər tərəfindən zorla saxlanılıb.

Tuxtla Qutierrez şəhərində dövlət rəsmiləri ilə görüşdə iştirak edən Ejido icmasının üzvləri geri qayıdarkən hücuma məruz qalıblar.

Çiapas ştatı katibinin müşaviri Xorxe Kruz Pineda yerli radioya verdiyi açıqlamada silahlıların əvvəlcə 63 nəfəri qaçırdığını, lakin 18 nəfəri sərbəst buraxdıqlarını və 45 nəfəri zorla saxladıqlarını bildirib.

Ejido icmasının üzvləri ilə görüşlər keçirdiklərini bildirən Pineda, insanların azad edilməsi üçün çalışdıqlarını qeyd edib.

Dövlət Baş Prokurorluğu (FGE) açıqlamasında hadisə ilə bağlı genişmiqyaslı istintaq başladıldığını, ordu və Milli Qvardiya ünsürlərinin bölgəyə göndərildiyini açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, bir müddətdir ki, elektrik, su və infrastruktur problemlərinə görə şəhərdə bələdiyyə ilə Ejido icması üzvləri arasında gərginlik yaşanıb.