Meksikada spirtli içkiləri yoxlayan polis əməkdaşının sərxoş olduğu müəyyən edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İşdən çıxarılan polis məmuru haqqında istintaq başladılıb. Meksikanın paytaxtı Mexikoda gecə saatlarında nəqliyyat vasitələrinin sürücülərinə spirtli içki yoxlayan polis əməkdaşının bir sürücü tərəfindən sərxoş olduğu diqqət çəkib.
Sürücü spirtli içki testi verən polislə mübahisə etdiyi anları mobil telefon kamerası ilə lentə alıb.
Kadrlarda polis əməkdaşının danışarkən sözləri düzgün tələffüz etməkdə çətinlik çəkdiyi də qeyd edilib.
Sürücünün şikayətindən sonra bölgəyə gələn Mexiko Vətəndaş Müdafiə Nazirliyi qrupları apardıqları araşdırma nəticəsində qadın polis əməkdaşının sərxoş olduğunu müəyyən ediblər.
Nazirlik sərxoş məmurun dərhal işdən çıxarıldığını və barəsində araşdırma aparıldığını açıqlayıb.