Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən Central de Abasto topdansatış bazarının taxta altlıqlar, karton qutular və yeşiklərin saxlandığı hissəsində yerli vaxtla saat 19.00 radələrində yanğın baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əraziyə yanğınsöndürənlər və polis qrupları göndərilib.
Küləyin təsiri ilə alov sürətlə yayılıb. Yüksələn alov və qatı tüstü səmanı bürüyüb.
Təxminən 200 xilasedicinin müdaxiləsi davam edərkən, can itkisi və yaralanma olmadığı öyrənilib.
Bazarın dünyanın ən böyük topdansatış bazarı olduğu iddia edilərkən, Meksikanın qida istehsalının yüzdə 30-unun sözügedən bazarda satışa çıxarıldığı ifadə edilir.