Meksikada yük maşınında 129 qanunsuz miqrant tapılıbbackend

Meksikada yük maşınında 129 qanunsuz miqrant tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Verakruz əyalətində 129 miqrantın insan qaçaqmalçıları tərəfindən aldadılaraq yük maşını ilə daşındığı müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

San İsidro qəsəbəsində müntəzəm yoxlama aparan polis, yük maşının yük yerində daşınan qanunsuz miqrantları görüb.

Qvatemala, Honduras, El Salvador və Hindistandan olduğu bildirilən 129 qanunsuz miqrant təhlükəsizlik qüvvələri tərəfindən himayə altına alınıb.

Bildirilib ki, mühacirlər arasında müşayiəti olmayan 19 uşaq da var və onlar Dövlət Uşaq və Yeniyetmələrin Müdafiəsi Prokurorluğuna təhvil verilib.

Polis insan alverçiləri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.

Meksikada bir çox qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə ABŞ-a qaçmaq istəsə də, dəstələrin və mütəşəkkil cinayət qruplarının əlinə keçir. Mərkəzi Amerika ölkələrindən olan bir çox qeyri-qanuni miqrant Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.