Məktəb direktoru dərsin ortasında şagirdi saçını yığmadığı üçün DÖYDÜ – VİDEObackend

Məktəb direktoru dərsin ortasında şagirdi saçını yığmadığı üçün DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda məktəbdə direktor dərsin ortasında şagirdi saçını yığmadığı üçün döyüb.

İnterpress.az xəbər verir ki, hadisənin görüntüləri internetdə yayılıb.

Xarəzm vilayətinin Kuşkupır rayonundakı məktəbdə direktor dərsin ortasında bir şagirdi saçını yığmadığı üçün döyüb.

Direktor dərs zamanı 11-ci siniflərə baş çəkib və bir neçə qıza saçlarını açıq gəzdirdiyinə görə irad tutub.

O, onların saçını yolmağa başlayıb, bundan sonra onunla tələbələrdən biri arasında münaqişə yaranıb və bu münaqişə fiziki zorakılığa çevrilib.

Nalayiq davranışa görə təhsil müəssisəsinin rəhbəri yalnız inzibati məsuliyyətə cəlb edilib və intizam tənbehi verilib.

Xuraman Etibarlı

İnterpress.az