“Mənim ilk addımım” layihəsinin təlimləri baş tutdu – FOTOLARbackend

“Mənim ilk addımım” layihəsinin təlimləri baş tutdu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi fərdi qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş Zeynəb Soltanovaya məxsus “Mənim ilk addımım” layihəsinin təlimləri baş tutub.

İnterpress.az xəbər verir ki, ilk təlim Bakı şəhərində Məmməd Rahim adına 7 nömrəli orta məktəbdə keçirilib.

Təlimdə qonaqları salamlayan Zeynəb Soltanova qeyd edib ki, bu, onun ilk layihəsidir və bunu özünün də ilk addımı olaraq dəyərləndirir.

İlk addımına verdikləri dəstəyə görə, o, Azərbaycan Gənclər Fonduna və rəhbərliyinə təşəkkür edib və çox şaddır ki, ona göstərilən inam və etimad bu gün artıq öz nəticəsini verərək layihənin icrasına başlayıb.

Layihə gələcəkdə gənclərin məşğulluğunun inkişaf etdirilməsi məqsədilə peşə hazırlığı, peşəyönümü üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, məlumatlılıqlarının artırılması, onların sosial müdafiəsini nəzərdə tutur.

Layihə çərçivəsində müxtəlif metodik tövsiyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla gənclərin gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir.

Layihə çərçivəsində 2 təlim keçiriləcək və 100-ə yaxın məktəbli təlimlərə cəlb olunacaq. Təlimdə 50-dən çox məktəbli könüllü şəkildə müraciət edərək iştirak edib.

Tədbiri açıq elan edərək, layihə haqqında geniş məlumat verən layihə rəhbəri Zeynəb Soltanova təlimçiləri də salamlayaraq, onları təqdim edib. Layihənin təlimçiləri
“GSM – Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi”nin sədri, psixoloq Fidan Ağayeva və Hikmət Qaffarovdur.

Layihənin tərəfdaş təşkilatı olan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin sədri Toğrul Allahverdili çıxış edərək layihəyə uğurlar arzu edib və bu layihənin qalib gəlməsi münasibətilə Zeynəb xanımı təbrik edib, verdikləri dəstəyə görə Gənclər Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür layihələrin perspektivli gənclərə verilməsi, bu tip tədbirlərin keçirilməsi önəmlidir. Çünki gənclərin belə fərdi layihələrinin qiymətləndirilməsi onlara stimul verir.

Daha sonra tədbirdə media nümayəndəsi, eyni zamanda 1-ci Qarabağ Müharibəsinin qazisi Nahid Canbaxışlı da eyni məzmunda çıxış edərək layihənin maraq doğurduğunu və belə layihələrin həyata keçirilməsinə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Sonra iki təlimçinin təlimləri baş tutub. Təlim məktəblilər tərəfindən çox maraqla qarşılanıb. Sonda təlim iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. Daha sonra məktəblilər çay süfrəsinə qonaq edilib.