“Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız”backend

“Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Mənim nə yaşım var ki, qocalıqdan danışırsınız?”.

İnterpress.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyyubova “Spzbaz” proqramında deyib. Xanəndə baxım sirrləri ilə bağlı sualları cavabsız deyib:

“Gözəlliyimin səbəbi insanların sevgisidir. Bu da qarşılıqlıdır. Tələbələrimə, ailəmə, doğmalarıma, dostlarıma sevgi bəsləyirəm. İnsanın içində daim mərhəmət, sevgi olduqda, üzünə vurur. İnsan yaşa dolduqca içində pislik varsa, üzünə vurur”.

M.Əyyubova bir ildir toy olmamasından, pandemiyadan danışıb:

“Çox sənət adamını itirdik. Dostlardan, qohumlardan, yaxınlardan, qonşulardan bu xəstəlik yan keçmədi. Bir ildir toy yoxdur. Hər bir ailə istəyir övladının xoş gününü görsün. Buna görə də insanlar ümidsizləşir”.

 

İNTERPRESS.AZ