Mənzildə SARSIDICI MƏNZƏRƏ: Ölmüş qadının cəsədini pişiklər YEDİ – VİDEObackend

Mənzildə SARSIDICI MƏNZƏRƏ: Ölmüş qadının cəsədini pişiklər YEDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovskda mənzildə pişiklər ölmüş pensiyaçının meyitini yeyiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Xabarovsk diyarında tükürpədici hadisə baş verib. 75 yaşlı təqaüdçü qadının meyiti təxminən bir ay öz mənzilində qalıb.

Bu müddət ərzində ac qalan ev heyvanları qadının cəsədini yeməyə başlayıblar.

Məlumata görə, yaşlı qadın evində 10-dan çox pişik saxlayırmış. Qonşular mənzildəki kəskin qoxu və antisanitar vəziyyətlə bağlı əvvəllər də müvafiq qurumlara dəfələrlə şikayət etdikləri üçün, binada yaranan meyit qoxusunu dərhal fərq edə bilməyiblər.

Mənzilin qapısı açılarkən içəridə dəhşətli mənzərə aşkar olunub. Hüquq-mühafizə orqanları qadının pişiklər tərəfindən ciddi şəkildə parçalanmış meyitini, həmçinin tələf olmuş və sağ qalmış bir neçə heyvanı tapıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az