“Mercedes-Benz”dən qanunsuz yolla əldə edilən oduncaqlar aşkarlanıbbackend

“Mercedes-Benz”dən qanunsuz yolla əldə edilən oduncaqlar aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına dair şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:

“Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 kubmetr həcmində işlik meşə materialı aşkar edilib”.