Mərhum jurnalist Qadir İbrahimlinin doğum günüdürbackend

Mərhum jurnalist Qadir İbrahimlinin doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mərhum jurnalist Qadir İbrahimlinin doğum günüdür.

İnterpress.az xəbər verir ki, onun dünyaya gəlişindən 54 il ötür.

Qeyd edək ki, jurnalist Qadir İbrahimli bu ilin mayın 20-də dünyasını dəyişib. Kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli müalicə olunduğu xəstəxanada vəfat edib.

İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb. Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb. Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə ekspert və koordinator olub.

Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci ildən “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub. Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.