Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edibbackend

Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.

İnterpress.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.