Meşədə QORXULU ANLAR: Çiyələk yığan uşağa ayı HÜCUM ETDİbackend

Meşədə QORXULU ANLAR: Çiyələk yığan uşağa ayı HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm meşəsində ayının hücumuna məruz qalan 6-cı sinif şagirdi xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Perm diyarında meşədə vəhşi heyvanın hücumu nəticəsində məktəbli yaralanıb. Hadisə Kudımkar rayonunda yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb.

Ana və onun 6-cı sinifdə oxuyan oğlu meşəyə çiyələk yığmağa gediblər. Onlar giləmeyvə toplayarkən qəfil kolluqların arasından çıxan ayı uşağın üzərinə atılıb.

Vəhşi heyvan məktəbliyə bədən xəsarətləri yetirdikdən sonra sürətlə yenidən meşəyə qaçıb. Yaralı uşaq dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, uşağın həyatı üçün hər hansı təhlükə yoxdur, lakin o, güclü stress keçirib və müvafiq müalicəsi davam etdirilir.

Yerli sakinlərin sözlərinə görə, son həftələrdə hadisənin baş verdiyi ərazidən təxminən 3 kilometr məsafədə insanlar bir neçə dəfə balaları ilə gəzən ana ayını görüblər.

Mütəxəssislər sakinləri meşəlik ərazilərdə, xüsusən də giləmeyvə mövsümündə ehtiyatlı olmağa və uşaqları meşədə nəzarətsiz buraxmamağa çağırırlar.

Faktla bağlı yerli asayiş qurumları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az