Məşhur aktrisa ağır diaqnozla xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Məşhur aktrisa ağır diaqnozla xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı məşhur aktrisa Yekaterina Volkova təcili xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın tanınmış teatr və kino aktrisası Yekaterina Volkova təcili olaraq xəstəxanaya yerləşdirilib və hazırda həkimlərin ciddi nəzarəti altındadır. Bu barədə məlumatı sənətçinin rəsmi nümayəndəsi açıqlayıb.

Tibb müəssisələrindən verilən məlumata görə, 52 yaşlı aktrisanın qəfil xəstəxanaya aparılmasına və təcili müalicəyə cəlb edilməsinə kəskin sinusit (burun ətrafı ciblərin iltihabı) diaqnozu səbəb olub.

Mənbələr bildiriblər ki, Yekaterina Volkovanın səhhətində qəfildən ciddi pisləşmə baş verib və kəskin ağrılar səbəbindən o, klinikaya çatdırılıb.

Hazırda sənətçinin vəziyyətinin stabil olduğu və həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, Yekaterina Volkova Rusiyada və bir çox ölkələrdə “Smokinqdə KQB”, “Next 2” və digər onlarla populyar film və seriallarda canlandırdığı parlaq rolları ilə böyük tamaşaçı rəğbəti qazanıb.

Onun yaxın günlərdə müalicəsini ev şəraitində davam etdirmək üçün buraxılacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az