Primoryedə məşhur əlbəyaxa döyüş məşqçisi azyaşlıya təcavüz etməkdə ittiham olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qalmaqalın mərkəzində 28 yaşlı Turan Şahverdiyev dayanır.
Primoryedən olan valideynlər zorakılıqda ittiham olunan məşqçidən pul almağa çalışıblar.
İdmançı dostları ilə 8 Martı mənzilində qeyd edərkən onlara bir neçə qız da qoşulub. Onlardan birinin 17 yaşı olub.
Ertəsi gün azyaşlının valideynləri məşqçidən külli miqdarda pul tələb edərək, əks halda ifadənin polisə göndəriləcəyi ilə hədələyiblər.
Turanın dostları dedilər ki, xanımlar oğlanların yanına gəliblər. Heç kim spirtli içkidən imtina etməyib.
Ertəsi gün azyaşlının valideynləri zəng vurmağa başlayıblar ki, onlara təcili külli miqdarda pul lazımdır, əks halda polisə protokol göndəriləcək.
Şahverdiyev hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini israr edərək, pul verməkdən imtina edib. Nəticədə iş İstintaq Komitəsinə verilib və özü də ən azı mayın 13-dək dəmir barmaqlıqlar arxasında qalacaq.
Onun yaxınları da iddia edir ki, bu iş tamam başqa müstəvidədir – qızdan pul tələb etmək üçün istifadə edildiyi bildirilir.
Turan Şahverdiyev 20 ildir Rusiyada yaşayır, regionda rayonda tanınmış idmançıdır. Əlbəyaxa Döyüş Federasiyasının üzvüdür və son illərdə uşaqlara, o cümlədən dörd yaşlılara məşq keçib.
Yaxınları ona hər zaman hörmət edildiyini deyir və ona qarşı irəli sürülən ittihamlara inanmırlar
İndi onun karyerası və reputasiyası ciddi ittihama görə risk altındadır. İstintaq davam edir.
Xuraman Etibarlı
İnterpress.az
.