Baş nazir suriyalılara hücum edən qrupun tutulması üçün GÖSTƏRİŞ VERDİ – VİDEObackend

Baş nazir suriyalılara hücum edən qrupun tutulması üçün GÖSTƏRİŞ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda “Ya Əli Xalq Təşkilatı” adlı qrup suriyalı işçilərə qarşı hücumlar həyata keçirməyə başlayıb.

İnterpress.az xəbər verir ki, İraqda özünü “Ya Ali Xalq Təşkilatı” adlandıran maskalı qrupun Suriya hökumətini dəstəklədikləri səbəbiylə bəzi Suriya vətəndaşlarına hücum etməsinin görüntüləri yayılıb.

Baş nazir Məhəmməd Şia əl-Sudani ölkədə bəzi Suriya vətəndaşlarına hücum edən qruplaşma üzvlərinin tutularaq ədalətə təhvil verilməsi barədə göstəriş verib.

Baş nazir Sudaninin hərbi sözçüsü Sabah əl-Numan məsələ ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda özünü “Ya Ali Halk Təşkilatı” adlandıran bir qruplaşmaya aid olduğu bildirilən maskalı qrup tərəfindən İraqda işləyən suriyalılara qarşı utanc verici zorakılıq hərəkətlərini əks etdirən görüntülərin bəzi sosial media platformalarında yayımlandığı xatırladılıb.

Daha sonra bəyanatda iki qardaş İraq və Suriya xalqı arasında dərin münasibətlərin olduğu, hücumları həyata keçirdikləri sübuta yetirilən şəxslərə qarşı qanunun aliliyi prinsipinin tətbiq ediləcəyi qeyd edilib.

Xuraman Etibarlı

İnterpress.az