Türkiyəli alim və yazıçı azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyəli alim və yazıçı Çiğdem Bayraktar Ör 1 il 2 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkədəki paylaşımına görə məhkəməyə verilən Herekeli akademik Çiğdem Bayraktar Ör “prezidenti təhqir etmək” ittihamı ilə mühakimə olunduğu iş üzrə 1 il 2 ay 17 gün həbs cəzası alıb. Lakin hökmün elanı təxirə salınıb.
Xuraman Etibarlı
İnterpress.az