Pakistanda qatarda 400 sərnişini girov götürən 27 terrorçu zərərsizləşdirilibbackend

Pakistanda qatarda 400 sərnişini girov götürən 27 terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində sərnişin qatarını girov götürən 27 terrorçu zərərsizləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Geo TV” xəbər yayıb.

Bildirilib ki, keçirilən xüsusi əməliyyat nəticəsində 155 nəfər azad edilib.

Qeyd edək ki, ötən gün “Bəlucistan Azadlıq Ordusu” adlı terror qruplaşması Peşəvər şəhəri istiqamətində hərəkətdə olan sərnişin qatarına atəş açaraq, aralarında polis əməkdaşları da olmaqla 400 nəfəri girov götürüb.

Onlar təhlükəsizlik qüvvələrindən qorunmaq üçün girovlardan canlı sədd qismində istifadə edib. Baş verən hadisə zamanı təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.