Ukrayna qoşunlarının əsas hissəsi Kursk vilayətini tərk edib – “Forbes”backend

Ukrayna qoşunlarının əsas hissəsi Kursk vilayətini tərk edib – “Forbes”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunlarının əsas hissəsi Kursk vilayətini tərk edərək yenidən sərhədin Ukrayna tərəfinə yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Bildirilir ki, Ukrayna qoşunlarının əsas hissəsi, o cümlədən Ukrayna ordusunun bir neçə ən ağır briqadası Kursk vilayətini tərk edərək yenidən sərhədin Ukrayna tərəfinə yerləşdirilib.

Nəşrin mənbələrindən birinə görə, onun dostları “mühasirəyə düşməmək üçün Kurskdan ayrılıblar”.

Nəşr qeyd edir ki, Ukrayna briqadaları bölgəni tərk edir və Zelenskinin əlverişli atəşkəs müqabilində Rusiya ilə dəyişməyə ümid etdiyi ərazinin əhəmiyyətli bir hissəsindən imtina edir.

Rusiya təhlükəsizlik qüvvələri Sucada qarnizon kimi qalan ukraynalıların sayını bir neçə min nəfər hesab edir.

Xuraman Etibarlı

İnterpress.az