Pornoqrafiya yaymaqda ittiham olunan bloqer Diana Şurıgina ev dustaqlığına buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyada qalmaqallı çıxışları ilə tanınan bloqer Diana Şurıgina barəsində məhkəmə tərəfindən iyulun 19-na qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ona qarşı pornoqrafik materialların qanunsuz yayılması maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq tədbirləri çərçivəsində Şurıginanın mənzilində axtarış keçirilib və onun qanunsuz kontent çəkilişlərində istifadə etdiyi ehtimal olunan video avadanlıqlar müsadirə edilib.
Məhkəmənin qərarı ilə ev dustaqlığında olduğu müddətdə onun internetdən istifadəsi və kənar şəxslərlə əlaqəsi məhdudlaşdırılıb.
Qeyd edək ki, bu, Diana Şurıgina ətrafında yaranan ilk qalmaqal deyil. O, Rusiyada ilk dəfə 2016-cı ildə Ulyanovsk şəhərində zorakılığa məruz qalması ilə bağlı federal televiziyalarda aparılan geniş müzakirələrdən sonra məşhurlaşmışdı.
Keçmiş sevgilisinin də bir qədər əvvəl onu külli miqdarda oğurluqda ittiham etdiyi bildirilir. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






