Məşhur kolbasa kombinatından REPORTAJ – FOTOLARbackend

Məşhur kolbasa kombinatından REPORTAJ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə marketlərdən birindən alınan kolbasanın içərisindən guya yad cismin çıxması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, müştəri paytaxt ərazisində yerləşən ərzaq mağazalarının birindən aldığı “Krakvskaya” adlı kolbasa məhsulunu doğrayan zaman xoşagəlməz halla rastlaşıb. Belə ki, guya kolbasanın içərisindən rezin formalı cisim aşkarlanıb. Bu isə ictimaiyyətdə insanlar arasında çaşqınlıq yaradıb.

İnterpress.az-ın əməkdaşı yayılan məlumatların nə dərəcədə doğru olub-olmadığı ilə bağlı araşdırma aparıb.

Eyni zamanda əməkdaşımız Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən kolbasa məhsullarının istehsal olunduğu müəssisəyə baş çəkib.

Məlum olub ki, “Krakvskaya” kolbasa məhsulu “Retro Holding” şirkəti tərəfindən istehsal olunur.

Ət məhsulları kombinatının fəaliyyəti ilə tanış olan zaman müşahidə olunub ki, burada işçilər sanitar-gigiyena qaydalarına tam şəkildə riayət edir.

Eyni zamanda buradakı bütün avadanlıqların isə Almaniyadan gətirildiyi və ən müasir standarlara cavab verən cihazlar olduğu məlum olub.

İnsan əli dəymədən hazırlanan kolbasa məhsulları ölkəmizdə ən çox tələbat olan ət məhsullarından hesab olunur.

Müşahidə zamanı həmçinin məlum olub ki, müəssisənin həm içərisində, həm də həyətyani sahəsində bütün normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə tam şəkildə riayət olunur.

Müşahidələrimizə əsasən deyə bilərik ki, bu şirkətə məxsus kolbasa məhsullarının içərisindən yad cismin çıxdığını iddia etmək ancaq qərəzdən ibarətdir və həqiqəti heç bir halda əks etdirmir.

Çünki şirkətin istehsal etdiyi hər bir məhsul satışa çıxarılmazdan əvvəl müvafiq qurum tərəfindən yoxlanılır və yalnız müvafiq sənəd verildikdən sonra satışa çıxarılır.