PSJ-nin hücumçusu Lionel Messi zədəsinin müalicəsi üçün Madridə gedib.
34 yaşlı hücumçu sentyabrda keçirilən Venesuela ilə DÇ-2022-nin seçmə mərhələsinin matçından sonra onu narahat edən sol budundan iki seans terapiya keçib.
Qeyd edək ki, Messi DÇ-2022-nin seçmə mərhələsində Uruqvay və Braziliya ilə oyunlar üçün Argentina millisinə çağırılıb.