“Facebook”un da daxil olduğu “Meta” texnologiya şirkəti virtual reallıq (VR) abunə xidmətini istifadəyə verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şirkət ödənişli istifadəçilərin ayda iki yeni oyuna çıxış əldə edəcəyini bildirir.
İlin ilk üç ayında Meta VR bölməsində 4 milyard dollar zərər görüb.
“Meta” bu ay çox gözlənilən qarışıq reallıq qulaqlıqlarını təqdim edən texnologiya nəhəngi “Apple” daxil olmaqla, digər şirkətlərlə rəqabət aparır.
Bazar ertəsi şirkət ayda 7,99 dollar və ya illik abunə üçün 59,99 dollara başa gələn “Meta Quest+” xidmətinin “Quest 2”, “Quest Pro” və qarşıdan gələn “Quest 3” qulaqlıqlarına uyğun olduğunu söyləyib.