Metanın gəliri ilin ikinci rübündə artıbbackend

Metanın gəliri ilin ikinci rübündə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta-nın gəliri bu ilin ikinci rübündə 11 faiz artaraq 32 milyard dollara çatıb.Meta aprel-iyun dövrü üçün balansını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Buna görə şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 11 artaraq 32 milyard dollara çatıb.

Beləliklə, şirkət 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq ikirəqəmli gəlir artımı sürətini bildirib.

Meta 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə edib.

Meta-nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb.

Meta çətiri altında Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib.

“Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5 faiz artaraq iyun ayı üzrə 2,06 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 3 faiz artaraq 3,03 milyarda çatıb.