Microsoft: Çin haker qrupu Qərbi Avropadakı dövlət qurumlarının e-poçtlarını sındırıbbackend

Microsoft: Çin haker qrupu Qərbi Avropadakı dövlət qurumlarının e-poçtlarını sındırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın texnologiya şirkəti Microsoft Çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Storm-0558 haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla təxminən 25 qurum və şəxsin elektron poçt hesablarını hədəfə alıb.

Məlum olub ki, müştərilər Microsoft-a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verdikdən sonra qrupun hesablara girişi təxminən bir ay ərzində aşkarlanmayıb.

Microsoft-un təhlükəsizlik üzrə vitse-prezidenti Charlie Bell, qrupun məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə diqqət yetirdiyini düşündüklərini söyləyib.

Storm-0558-in fəaliyyətlərinin izləniləcəyi və oxşar hücumlardan qorunmaq üçün araşdırmaların aparılacağı bildirilib.