Mikroavtobusla avtomobil toqquşdu: 9 nəfər yaralandıbackend

Mikroavtobusla avtomobil toqquşdu: 9 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərinin Qulu rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə yerinə tibbi yardım və polis cəlb edilib.

Qəza zamanı avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitəsində olan 5-i uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Yaralılara təcili yardım maşınları ilə Qulu Dövlət Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.