“Milli Yaylaq Festivalında jurnalistlər təhqir edilib”backend

“Milli Yaylaq Festivalında jurnalistlər təhqir edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Yaylaq Festivalında jurnalistlərə qarşı hörmətsizlik edilib. Həmkarlarımızı festivala aparan Mədəniyyət Nazirliyi onlara qarşı etinasız münasibət göstərib və onların əməkdaşı həmkarlarımızı çətin vəziyyətdə qoyaraq oradan qaçıb.

Bu barədə festivalda iştirak edən jurnalistlərdən biri məlumat verib.

Onun açıqlamasını təqdim edirəm:

“Jurnalistlərə qarşı hörmətsizlik edildi…
Bizi orada nə qarşılayan oldu, nə də bizə istiqamət verən. Nazir müavini oturub çay içir, jurnalistlər isə ayaq üstə qalıb, nə edəcəyini bilmir.

Yeməklər çox gec və olduqca keyfiyyətsiz şəkildə verildi (çörəkarası xiyar), bunun adı jurnalistlərə qarşı təhqirdir. Qayıtmaq ərəfəsində nazirliyin bir əməkdaşı (Xanım olduğu üçün etik olaraq adını açıqlamırıq – red.) qaçıb aradan çıxdı. Jurnalistləri hostelə aparıblar. Hərçənd ki, normal vaxtlarda heç kim gedib hosteldə qalmır. Orada da şərait olduqca pis və yer azlığı olub. Bəziləri isə orada yaşayan qohumlarının evinə getdilər. Vəziyyət biabırçı idi…

18 nəfərə yaxın jurnalist isə maşında qalmalı oldu.

Jurnalistləri Mədəniyyət Nazirliyi aparsa da bizə diqqət göstərmədi. Onların bu davranışı nəinki biabırçılıq, hətta təhqirdən, rəzillikdən betər bir şey idi.

Mədəniyyət naziri başda olmaqla bizə qarşı hörmətsizlik edən digər nazirlik əməkdaşları, təşkilatçılar jurnalistlərdən üzr istəməlidir”.

Jurnalist Könül Aypara isə İnterpress.az-a açıqlamasında bildirib ki, media nümayəndələri Milli Məclisin deputatı Naqif Həmzəyevin reaksiyasından sonra onun dəstəyilə Bakəya yola salınıb.