Bosniya və Herseqovina məhkəməsi Milorad Dodikin həbs cəzasını pul cəriməsi ilə əvəz edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli məhkəmə məlumat verib.
Bosniya və Herseqovina Məhkəməsi müdafiə tərəfinin müraciətini təmin edərək, Serb Respublikasının rəhbəri Milorad Dodik barəsində çıxarılmış həbs qərarını pul cəriməsi ilə əvəz edib.
Qeyd edək ki, daha əvvəl məhkəmə Dodiki BMT-nin Ali Nümayəndəsinə tabe olmamaqda ittiham edərək 1 il müddətinə azadlıqdan məhrumetmə və 6 il siyasi fəaliyyət yasağı cəzasına məhkum etmişdi.
Xuraman Etibarlı
İnterpress.az