ABŞ-da minlərlə zəhərli obyekt dəniz səviyyəsinin qalxması ilə risk altına düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Yeni tədqiqat göstərir ki, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin qalxması ABŞ-da təxminən 5 500 təhlükəli obyektin daşqın riski ilə üzləşməsinə səbəb ola bilər.
Ən böyük risk Florida, Kaliforniya, Luiziana və Nyu-York kimi sahil ştatlarında qeydə alınıb. Həmin zonalarda yaşayanların əksəriyyəti aşağı gəlirli və sosial cəhətdən həssas ailələrdir.
Qeyd edək ki, obyektlərdə kimyəvi tullantılar, neft məhsulları və digər toksik maddələr saxlanılır.
Xuraman Etibarlı
İnterpress.az






