Misirdə turisti öldürən köpək balığı mumiyalanacaqbackend

Misirdə turisti öldürən köpək balığı mumiyalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin Hurqada çimərliyində çimərkən rusiyalı turisti öldürən köpək balığının mumlanaraq muzeydə sərgilənəcəyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dəniz Elmləri İnstitutu və Qırmızı Dəniz Qoruqları bazar ertəsi köpək balığının balzamlaşdırılması üzrə işə başlayıb.

Məlumata görə, proses tamamlandıqdan sonra köpəkbalığı muzeydə sərgilənəcək.

Rus turist Vladimir Popovun meyit hissələri köpəkbalığının içərisindən tapılıb. Popovun hücuma məruz qaldığı anların video çəkilişi sosial mediada gündəm olub.

Qırmızı dənizdə köpək balıqlarının üzgüçülərə çatmasının qarşısını almaq üçün bəzi çimərliklərə torların qoyulması planlaşdırılır.