MİT-dən UĞURLU ƏMƏLİYYAT: İŞİD-in əsas piarçısı “Əbu Ubeydə” sərhəddə ƏLƏ KEÇİRİLDİbackend

MİT-dən UĞURLU ƏMƏLİYYAT: İŞİD-in əsas piarçısı “Əbu Ubeydə” sərhəddə ƏLƏ KEÇİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kəşfiyyatı İŞİD-in əsas media rəhbərini sərhəddə yaxalayaraq ölkəyə gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı İŞİD-in Türkiyədəki əsas media rəhbəri və “İŞİD-Xorasan” qruplaşmasının üzvü olan “Əbu Ubeydə” ləqəbli Ahmet Kazançını keçirdiyi xüsusi əməliyyatla yaxalayıb.

Məlumata görə, Kazançı terror təşkilatının təbliğat fəaliyyətlərini idarə edir, sosial şəbəkə hesablarını işlədir, həmçinin təbliğat xarakterli foto və videolar hazırlayırmış.

O, qeyri-qanuni yollarla Əfqanıstan-Pakistan regionuna keçməyə nail olsa da, sərhəd bölgəsində keçirilən xüsusi əməliyyatla ələ keçirilib və Türkiyəyə gətirilib.

MİT-in əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, Ahmet Kazançı fəaliyyətini gizli şəkildə davam etdirmək və Türkiyədə terror təşkilatına yeni üzvlər cəlb etmək məqsədilə geri qayıtmağı planlaşdırırmış.

Hazırda terrorçunun dindirilməsi və onun Türkiyədəki mümkün əlaqələrinin ifşa olunması istiqamətində təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az