Moskva metrosunda İNSİDENT: Sərnişinləri odlu silahla təhdid edən şəxs SAXLANILDI – VİDEObackend

Moskva metrosunda İNSİDENT: Sərnişinləri odlu silahla təhdid edən şəxs SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva metrosunda qadına və sərnişinlərə tapança ilə hədə-qorxu gələn şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk Moskva metrosunda sərnişinlərə tapança ilə hədə-qorxu gələn şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb.

Hadisə qatarın hərəkəti zamanı vaqonda baş verib. Münaqişəyə səbəb bir qadın sərnişinin təsadüfən ayağının digər sərnişinə dəyməsi olub. Buna qəzəblənən kişi qadını təhqir etməyə və hədələməyə başlayıb.

Vaqondakı digər iki sərnişin qadını müdafiə etmək üçün müdaxilə etdikdə isə həmin şəxs üzərindəki tapançanı çıxararaq onlara qarşı hədə-qorxu gəlib.

Hadisədən dərhal sonra metro polisi operativ şəkildə hərəkətə keçərək silahlı şəxsi növbəti stansiyada vaqondan düşən kimi yaxalayıb. Ondan sənədsiz travmatik tapança müsadirə edilib.

Faktla bağlı “silah tətbiq etməklə xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Sərxoşluq və ya psixoloji gərginlik vəziyyətində olduğu ehtimal edilən şübhəlini ciddi həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az