Müəllimlər şagirdləri onlayn izləməli olacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tatarıstanda (Rusiya) destruktiv məzmunun izlənilməsi üzrə həyata keçirilən eksperiment çərçivəsində müəllimlər şagirdlərin internet fəaliyyətini monitorinq etməyə borclu olacaqlar.
Yeni qaydalara əsasən, müəllimlər şagirdlərin üzv olduğu çatları, teleqram kanallarını və şəxsi sosial media hesablarını mütəmadi olaraq yoxlamalıdırlar.
Bu məqsədlə məktəblilərin valideynlərindən uşaqların hesabları barədə bütün məlumatları, o cümlədən telefon nömrələrini və sosial şəbəkə profillərinin linklərini təqdim etmək xahiş olunur.
Əlavə olaraq bildirilir ki, bu qərar son bir ay ərzində ölkə ərazisində təhsil müəssisələrinə qarşı törədilən beş silahlı hücumdan sonra qəbul edilib.
Hakimiyyət orqanları bu yolla şagirdlər arasında aqressiv meyilləri və təhlükəli kontentləri əvvəlcədən müəyyən edərək oxşar faciələrin qarşısını almağı planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az






