ABŞ ordusu üçün indiyə qədər istehsal edilmiş ən qabaqcıl lazer silahı. Hərbi ekspertlər bildirirlər ki, bu silah ballistik və qanadlı raketlərə, həmçinin pilotsuz təyyarələrə, təyyarələrə və helikopterlərə qarşı istifadə edilə bilər. ABŞ ordusu indiyə qədər inkişaf etdirdiyi ən güclü lazer silahını əldə etmək üçün geri saymağa başlayıb.
Türküstan.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, 300 kilovatlıq lazer silahı gələn il təqdim olunacaq.
General Atomics Electromagnetic Systems (GA-EMS) və Boeing tərəfindən hazırlanmış silah haqqında danışan GA-EMS prezidenti Scott Forney aşağıdakı ifadələrdən istifadə edib;
“Yüksək güclü, yığcam lazer silahı bu günə qədər sahədə istifadə edilən hər şeydən daha çox öldürücü gücə sahib olacaq.
” 2014-CÜ İLDƏ İNVENTARA DAXİL OLUNUB
ABŞ Hərbi Dəniz Qüvvələri 2014-cü ildə USS Ponce gəmisində LaWS kimi tanınan ilk yüksək enerjili lazer silahını yerləşdirib. Sözügedən silah 30 kilovat enerjiyə malik olub.
Əksər hərbi lazerlər 30-100 kilovat diapazonda olur və bu, kiçik dronları vurmaq üçün istifadə olunur.
Böyük Britaniyada yerləşən Royal United Services Institute-dan olan Castin Bronk, sözügedən lazerin daha böyük hədəfləri vurmaq üçün istifadə oluna biləcəyini və eyni vaxtda ardıcıl olaraq bir neçə hədəfi vura biləcəyini vurğulayıb
“Bu silah ona ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz təyyarələrdən, təyyarələrdən və helikopterlərdən müdafiə etməyə imkan verə bilər”.






