MÜLKİ İŞĞALÇILARIN LAÇINDAN KÖÇÜ DAVAM EDİR – “Onlar hər şeyi sökür, dağıdır, yandırırlar” + FOTOLARbackend

MÜLKİ İŞĞALÇILARIN LAÇINDAN KÖÇÜ DAVAM EDİR – “Onlar hər şeyi sökür, dağıdır, yandırırlar” + FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 noyabr üçtərəfli razılaşması əsasında dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılacaq Laçından işğalçı ermənilərin köçü davam edir. On illərdir bu torpaqlarda qanunsuz məskunlaşan, qovub çıxardıqları azərbaycanlıların evlərinə doluşub yaşayan ermənilər-mülki geyimli işğalçılar daha əvvəl Kəlbəcər və Ağdamdan köçəndə etdiklərini burada da təkrar edirlər.

Xarici KİV-lər onların Laçında əllərinə keçəni daşıyıb apardıqlarını və geridə qalanlara od vurduqlarını yazır. Bu, əsrlərdir dəyişməyən erməni xisləti, xəstəliyi və vandalizmidir.

“Daily Storm” yazır ki, Laçın rayonunun dəhlizə yaxın yerləşən Qarıqaya kəndində yaşayan ermənilər evləri, mağazaları dağıdıb yandırır və regionu tərk edir. Onların bir çoxu Yerevandakı qohumlarının yanına üz tutur, amma deyirlər ki, koronavirusa görə Gürcüstan sərhədi bağlamasaydı rədd olub Rusiyaya yaşamağa gedərdilər. Çünki Ermənistanın özündə də dolanışıq, perspektiv görmürlər.

Kənddə indiyədək qanunsuz yaşayanlar günlərdir söküntü işləri ilə məşğuldur-onlar hər şeyi sökürlər və daşıyırlar, hətta döşəmə laminatını və paslı boruları belə. Və söküntü işlərini başa çatdırandan sonra evlərə od vururlar. Bildirilir ki, təkcə ötən gün noyabrın 26-da Qarıqayada 5 ev yandırılıb.

Laçın şəhərinin özündə də hazırda çox az erməni qalıb. Onlar işğal etdikləri şəhərin Azərbaycanın nəzarətinə qaytarılacağı haqda xəbərlər eşidəndən sonra köçməyə başlayıblar.

 

İnterpress.az