Münhen konfransında Aİ-nin genişlənməsinə dair müzakirədə Ermənistanın adı belə çəkilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb. O bildirib ki, Münhen konfransında Aİ-nin genişlənməsinə dair panel müzakirəsi zamanı Ermənistanın adı belə çəkilməyib.
“Təəccüblüdür ki, Aİ-nin gələcəyi, genişlənmə perspektivləri, hətta ideyalar müzakirə olunarkən, Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün parlamentin qanun layihəsini qəbul etdiyi ölkənin adı çəkilmir?”, – Abramyan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az