Musiqinin və səsin sehrində – Seymur Əliyevbackend

Musiqinin və səsin sehrində – Seymur Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsrlər boyu incəsənət və mədəniyyət sahəsində öz istedadlı insanları ilə tanınıb. Xüsusilə də musiqi sahəsində qədimlərdən bəri ölkəmiz özünəməxsusluğu ilə seçilib. Bu gün də həmin ənənələr davam edir. Musiqi sahəsində gənc istedadlardan biri də Əliyev Seymur Aqil oğludur. Seymurun həzin və məlahətli səsi fitri istedaddır. İnsanlar istedadları ilə birlikdə doğulduğu üçün gec – tez o istedad parlayır. İhali ədalətə inanmaqla insan daha da güclü olur. İlahi ədalətə inanaraq demək olar ki, Seymur Əliyevə İlahi xüsusi bacarıq və qabiliyyət verib. Hansı ki bu bacarıq milyonlarla insanda yoxdur. Lakin təbiətin, həyatın sərtlikləri də insandan yan keçmir. Hamımızın həyatı bir imtahandır.

Bu gün 21 yaşında olan Seymur Əliyev həm musiqi sahəsində ifaçı kimi fəaliyyət göstərməklə bərabər eyni zamanda incəsənətin digər növlərindən biri olan rəssamlıqla da məşğul olur. Bundan başqa Seymur öz təhsilini də davam etdirir. Belə ki o, turizm ixtisası üzrə təhsil alır və bu sahədə biliklərə yiyələnir. Seymur Əliyev həm də gənc fəaldır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilati işində Avropa könüllüsü kimi xidmət göstərib. Bu yaşında iki dəfə müxtəlif vaxtlarda dövlət tədbirlərində Heydər Əliyev sarayında öz musiqi qabiliyyətini nümayiş etdirərək çıxışlar edib.  Seymur Əliyevin eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müxtəlif tədbirlərində iştirakı da onun uğurlarındandır. Onun 2 ci qrup gözdən məhdudiyyətli olması qətiyyən onun fəaliyyətində hər hansısa bir maneəyə yol açmayıb. Əksinə Seymur bir çoxlarından daha çox nailiyyətlər əldə edib. Belə ki onun Xalq artistləri ilə dəfələrlə eyni səhnəni bölüşməsi özü özlüyündə bir uğurlu nəticədir. Daha sonra dövlət adamları ilə dövlət tədbirlərində görüşləri də bu qəbildəndir.

Seymur Əliyev həm də vətənini, ölkəsini və dövlətini sevən vətənpərvər bir gəncdir. Ona bundan sonra da sənətində və işlərində ancaq və ancaq böyük uğurlar arzu edirik. Uğurlar olsun sənə Seymur Əliyev! Ölkəmizin adını həmişə layiqincə təmsil edəsən və böyük səhnələrdən səsini eşidək!

 

 

İnterpress.az