Müstəntiqlər “Mülki Müqavilə”dən parlament üzvü Ovik Ağazaryanın telefonunu götürüblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bundan əvvəl nəşr yazıb ki, Ağazaryan oktyabrın 15-də deputat və İstintaq Komitəsinin keçmiş rəhbəri ilə bağlı baş vermiş insidentlə bağlı başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə dəvət edilib.
Qəzetin yazdığına görə, Ağazaryanın İstintaq Komitəsində dindirilməsi təxminən 4 saat davam edib. Bundan sonra müstəntiqlər onun telefonunu müsadirə edərək, bu qərarı içindəki məlumatların öyrənilməsinin zəruriliyi ilə izah ediblər.
Xuraman Etibarlı
İnterpress.az