Muxtar respublikanın turizm loqosunun təqdimatı olubbackend

Muxtar respublikanın turizm loqosunun təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində muxtar respublikanın turizm loqosunun təqdimatı olub.

İnterpress.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın qədim tarixinin, mədəniyyət abidələrinin, mövcud sabitliyin, ekoloji cəhətdən təmiz qida məhsullarının və müasir infrastruktura malik yaşayış məntəqələrinin burada turizmin bir çox növünün inkişafına zəmin yaratdığını bildirib.

Əkbər Novruzov qeyd edib ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd edilib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı” hazırlanıb. Birgə fəaliyyət çərçivəsində “Take another look” brendinə və loqosuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının özünəməxsus yerli loqosu hazırlanıb.

“Nəqşicahan Holding Şirkətlər Qrupu” MMC-nin direktor müavini Rifat Mahmudov muxtar respublikada turizm sahəsində görülən işlərdən danışıb, turizm potensialı haqqında məlumat verib.

Sonda Naxçıvan Muxtar Respublikasının turizm loqosunun təqdimat videoçarxı nümayiş etdirilib.

İnterpress.az