Myanmada Moça qasırğası dağıntılar törədib: 41 nəfər ölübbackend

Myanmada Moça qasırğası dağıntılar törədib: 41 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada fəsadlar törədən Moça qasırğasında ölənlərin sayı 41-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Moça qasırğası Myanmada həftəsonundan bəri fəsadlar törətməkdə davam edir.

Ölkənin qərbində bir çox bölgənin sular altında qaldığı Arakan əyalətində indiyədək 41 nəfərin cəsədinə çatıldığı açıqlanıb.

Yerli rəsmilər 100-dən çox insanın itkin düşdüyü üçün ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını bildiriblər.

Qasırğanın vurduğu bölgələrdə xətlərin zədələnməsi nəticəsində elektrik kəsilməsi yaşanıb, şiddətli fırtına səbəbiylə bir çox balıqçı gəmisinin yararsız hala düşdüyü öyrənilib.

Arakan əyalətinin paytaxtı Sittvedə kommunikasiya xətlərinin təmiri işləri davam edərkən, küçə və prospektlər təmizlənir.