Nadir hallarda balıq və dəniz məhsulları yeyən uşaqlar məktəbdə pis performans göstərir və daha az ünsiyyətcil olurlar.
İnterpress.az xəbər verir ki, “European Journal of Nutrition”da dərc olunan yeni bir araşdırmaya görə, 7 yaşında az dəniz məhsulları istehlak edən uşaqlar, müntəzəm olaraq dəniz məhsulları yeyənlərlə müqayisədə 7 və 9 yaşlarında daha az “prososial” xüsusiyyətlərə sahib olublar.
Onlarda altruizm və dostluq nümayiş etdirmək ehtimalı azdır və akademik performansları əhəmiyyətli dərəcədə aşağıdır.
Tövsiyələrə görə, uşaqlara həftədə ən azı 200 q dəniz məhsulları lazımdır, bunun yarısı yağlı balıq olmalıdır.
Xuraman Etibarlı
İnterpress.az